21 Ekim 2019 Pazartesi

bu gozellik basa beladir

Bu gozellik basa beladir
Basima beladir basa beladir
O oglan mene , mene vurgundur
Derdimden delidir deli oglandir
Deli oglandir deli oglandir

20 Eylül 2019 Cuma

Yasin suresi Azerbaycan diline tercumesi.

1

Ya, Sin!

2

(Ya Rəsulum!) Hikmətlə dolu Qur’ana and olsun ki,

3

Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) peyğəmbərlərdənsən!

4

Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər).

5

Bu Qur’an (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki,

6

(Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!

7

And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini Öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik).

8

Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).

9

Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mə’nən kordurlar).

10

(Ya Peyğəmbər!) Sən onları qorxutsan da, qorxutmasan da, onlar çün birdir: iman gətirməzlər!

11

Sən ancaq Qur’ana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!

12

Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.

13

(Ya Peyğəmbər!) Sən onlara o şəhər əhlini (antakiyalıları) misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.

14

O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!”

15

(Antakiyalılar: ) “Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, mö’cüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” – dedilər.

16

(Elçilər) dedilər: “Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər olduğumuzu bilir.

17

Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ etməkdir!”

18

(Antakiyalılar) dedilər: “Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”.

19

(Elçilər) dedilər: “Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!”

20

Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun!

21

Sizdən (haqqa də’vət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!

22

(Antakiyalılar Həbib Həccardan: – Sən bu elçilərə tabe olmusanmı? – deyə soruşduqda o dedi: ) “Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!

23

Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.

24

Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.

25

(Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)”

26

(Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): “Cənnətə daxil ol! – deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: “Kaş qövmüm biləydi ki,

27

Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”

28

Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

29

(Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.

30

Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər! (Buna görə də əzaba düçar olarlar).

31

Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?

32

Hamı, (bəlli) hamı (qiyamət günü) Bizim hüzurumuza gətiriləcəkdir!

33

Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.

34

Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,

35

Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?

36

Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)

37

Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar.

38

Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).

39

Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.

40

Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.

41

Övladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün (qüdrətimizə) bir dəlildir.

42

Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq.

43

Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.

44

Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb keçinmələri üçün (onları xilas edərik).

45

Onlara (müşriklərə): “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!” – deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq asmazlar).

46

Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!

47

Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!” – deyildiyi zaman, kafirlər mö’minlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!” – deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.

48

Onlar: “Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu və’d (qiyamət günü) nə vaxt yerinə yetəcək?” – deyərlər.

49

Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.

50

Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!

51

Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sür’ətlə Rəbbinin hüzuruna axışacaqlar.

52

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək: ) “Bu, Rəhmanın məxluqata buyurduğu və’ddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!”

53

Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.

54

Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!

55

Cənnət əhli bu gün keflə (əyləncə ilə) məşğuldur.

56

Onlar (mö’min kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər.

57

Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.

58

Rəhmli Rəbbdən (onlara) “salam” deyiləcəkdir.

59

(Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək: ) “Ey günahkarlar! Bu gün (mö’minlərdən) ayrılın!”

60

Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,

61

Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!

62

Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

63

Bu sizə və’d olunan Cəhənnəmdir!

64

Kafir olduğunuza görə bu gün girin ora, yanın!

65

Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik – dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.

66

Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).

67

Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).

68

Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?

69

Biz ona (Muhəmməd əleyhissəlama) şe’r öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qur’andır ki,

70

Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.

71

Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!

72

Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də.

73

Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?

74

(Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər) qəbul etdilər.

75

(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları başqalarından qoruyan) hazır əsgərlərdir.

76

(Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.

77

Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək,

78

Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi.

79

(Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!

80

O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar ağaclarından) od əmələ gətirdi. Budur, siz indi ondan (o iki ağacı bir-birinə sürtməklə) od yandırırsınız”.

81

Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!

82

Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.

83

Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!

Top

Yaain suresi Azerbaycan dilinde oxunusu

1

Ya, Sin!

2

Vəl Qur`anil həkim

3

İnnəkə ləminəl mursəlin

4

Əla siratin mustəqim

5

Tənziləl əzizir rəhim

6

Litun-zirə qəvmən ma unzirə abau-hum fəhum ğafilun

7

Ləqəd həqqəl qəvlu əla əksərihim fəhum la yuminun

8

İnna cəəlna fi ə`naqihim əğlalən fəhi-yə iləl əzqani fəhum muqməhun

9

Və cəəlna min bəyni əydihim səddən və min xəlfihim səddən fəəğşəynahum fəhum la yubsi-run

10

Və səvaun ələyhim əənzərtəhum əm ləmtunzirhum la yu`miun

11

İnnəma tunziru mənittəbbəz zikrə və xəşiyər rəhmanu bil ğəybi fəbəşşirhu bi məğfirətin və əcrin kərim

12

İnna nəhnu nuhyil məvta və nəktubu ma qəddəmu və asa-rəhum və kullə şəy`in əhsəy-nahu fi imamin mubin

13

Vəzrib ləhum məsələn əshabəl qəryəti iz caəhəl mursəlin

14

İz ərsəlna iləyhimus nəyni fəkəzzəbuhuma fəəzzəzna bisa-lisin fəqalu inna iləykum mur-səlin

15

Qalu ma əntum illa bəşərun misluna və ma ənzələr rəhmanu min şəy`in in əntum illa tukəzzibun

16

Qalu rəbbuna yə`ləmu inna iləykum ləmursəlun

17

Və ma ələyna illəl bəlağul mubin

18

Qalu inna tətəyyərna bikum ləin ləm təntəhu lənər cumənnəkum vələyəməssənnəkum minna əzabun əlim

19

Qalu tairukum məəkum əin zukkirtum bəl əntum qəvmun musrifun

20

Və caə min əqsəl mədinəti rəculun yəs`a qalə ya qəvmittəbiul mursəlin

21

İttəbiu mən la yəs`əlukum əcrən və hum muh-tədun

22

Və ma liyə la ə`budulləzi fətərəni və iləyhi turcəun

23

Əəttəxizu min dunihi alihətən in yuridinir rəh-manu bizurril la tuğni ənni şəfaətuhum şəy`ən və la yunqizun .

24

İnni izən ləfi zəlalin mubin

25

İnni aməntu birəbbikum fəsməun

26

Qiləd xulil cənnətə qalə ya ləytə qəvmi yə`ləmun

27

Bima ğəfərəli rəbbi və cəələni minəl mukrəmin

28

Və ma ənzəlna əla qəvmihi min bə`dihi min cundin minəs səmai ma kunna munzilin

29

İn kanət illa səyhətən vahidətən fəiza hum xamidun

30

Ya həsrətən ələl ibadi ma yə`tihim min rəsulin illa kanu bihi yəstəhziun

31

Ələm yərəv kəm əhləkna qəb-ləhum minəl quruni ənnəhum iləyhim la yərciun

32

Və in kullun ləmma cəmiun lədəyna muhzərun

33

Və ayətun ləhumul ərzul məytətu əhyəy-naha və əxrəcna minha həbbən fəminhu yə`kulun

34

Və cəəlna fiha cənnatin min nəxilin və ə`nabin və fəccərna fiha minəl uyun

35

Liyə`kulu min sə-mərihi və ma əmiləthu əydihim əfəla yəşkurun

36

Subhanəlləzi xələqəl əzvacə kulləha mimma tunbitul ərzu və min ənfusihim və mimma la yə`ləmun

37

Və ayətun ləhumul ləylu nəsləxu minhun nəharə fəiza hum muzlimun

38

Vəş şəmsu təcri limustəqərrin ləha zalikə təqdirul əzizil əlim

39

Vəl qəmərə qəddərnahu mənazilə hətta adə kəl urcunil qədim

40

Ləş şəmsu yənbəği ləha ən tud-rikəl qəmərə vələl ləylu sabiqun nəhari və kullun fi fələkun yəsbəhun

41

Və ayətun ləhum ənna həməlna zurriyyətəhum fil fulkil məşhun

42

Və xələqna ləhum min mislihi ma yərkəbun

43

Və innəşə` nuğriqhum fəla sərixə ləhum və la hum yunqəzun

44

İlla rəhmətən minna və mətaən ila hin

45

Və iza qilə ləhumuttəqu ma bəynə əydikum və ma xəlfəkum ləəl-ləkum turhəmun

46

Və ma tə`tihim min ayətin min ayati rəbbihim illa kanu ənha mu`rizin

47

Və iza qilə ləhum ənfiqu mimma rəzəqəkumul-lahu qaləlləzinə kəfəru lilləzinə amənu ənut`imu mən ləv yəşa-əllahu ət`əməhu in əntum illa fi zəlalin mubin

48

Və yəqulunə məta hazəl və`du in kuntum sadiqin

49

Ma yənzurunə illa səyhətən vahidətən tə`xuzuhum və hum yəxissimun

50

Fəla yəstətiunə təvsiyətən və la ila əhlihim yərciun

51

Və nufixə fis suri fəiza hum minəl əcdasi ila rəbbihim yənsilun

52

Qalu ya vəyləna mən bəəsəna min mərqədina, haza ma vəədər rəhmanu və sədəqəl mursəlun

53

İn kanət illa səyhətən vahi-dətən fəiza hum cəmiun lədəyna muhzərun

54

Fəlyəvmə la tuzləmu nəfsun şəy`ən və la tucəvnə illa ma kuntum tə`məlun

55

İnnə əshabəl cən-nətil yəvmə fi şuğulin fakihun

56

Hum və əzvacuhum fi zilalin ələl əraiki muttəkiun

57

Ləhum fiha fakihətun və ləhum ma yəddəun

58

Səlamun qəvlən mir rəbbir rəhim

59

Vəmtazul yəvmə əyyuhəl mucrimun

60

Ələm ə`həd iləykum ya bəni Adəmə ən la tə`buduş şəytanə innəhu ləkum əduvvun mubin

61

Və əni`buduni haza siratun mustəqim

62

Və ləqəd əzəllə minkum cibillən kəsirən əfələm təkunu tə`qilun

63

Hazihi cəhənnəmulləti kumtum tuədun

64

İsləvhəl yəvmə bima kun-tum təkfurun

65

Əlyəvmə nəxtimu əla əfvahihim və tukəl-limuna əydihim və təşhədu ərculuhum bima kanu yəksibun

66

Və ləv nəşau lətəməsna əla ə`yunihim fəstəbəqus siratə fəənna yubsirun

67

Və ləv nəşau ləməsəxnahum əla məkanətihim fəməstətau mu-ziyyən və la yərciun

68

Və mən nuəmmirhu nunəkkishu fil xəlqi əfəla yə`qilun

69

Və ma əlləm-nahuş şi`rə və ma yənbəği ləhu in huvə illa zikrun və Qur`anun mubin

70

Liyunzirə mən kanə həyyən və yəhiqqəl qəvlu ələl kafirin

71

Əvələm yərəv ənna xələqna ləhum mimma əmilət əydina ən`amən fəhum ləha malikun

72

Və zəlləlnaha ləhum fəminha rəkubuhum və minha yə`kulun

73

Və ləhum fiha mənafiu və məşaribu əfəla yəşkurun

74

Vəttəxəzu min dunillahi alihətən ləəlləhum yunsərun

75

La yəstətiunə nəsrəhum və hum ləhum cundun muhzərun

76

Fəla yəhzunkə qəvluhum inna nə`ləmu ma yusirrunə və ma yu`linun

77

Əvələm yərəl insanu ənna xələqnahu min nutfətin fə iza huvə xəsimun mubin

78

Və zərəbə ləna məsələn və nəsiyə xəlqəhu qalə mən yuhyil izamə və hiyə rəmim

79

Qul yuhyiy-həlləzi ənşəəha əvvələ mərrətin və huvə bikulli xəlqin əlim

80

Əlləzi cəələ ləkum minəş şəcəril əxzəri narən fəiza əntum minhu tuqidun

81

Əvələysəlləzi xələqəs səmavati vəl ərzə biqadirin əla ən yəxluqə misləhum bəla və huvəl xəllaqul əlim

82

İnnəma əmruhu iza əradə şəy`ən ən yəqulə ləhu kun fəyəkun

83

Fəsubhanəlləzi biyədihi mələkutu kulli şəy`in və iləyhi turcəun

Top

← Geriyə

21 Mayıs 2017 Pazar

Ayete kürsi şekilli

Maşın ve başqa vasitelere minerken oxunan dua şekilli

Asqıran zamanında deyileçekler

Su içdikden sonra oxunan dua şekilli

Sohbetden çıxarken oxunan dua şekilli

Heladançuxarken oxunan dua şekilli

Camiden, Mesciddençıxarken oxunan dua şekilli

Mescide, camiye gederken ıxunan dua şekilli

Paltar geyinerken oxunan dua şekilli

Yemekden sonra oxunan dua şekilli

Şirkden ,iftiradan, şerden qorunmaq üçün oxunan dua şekilli

Her sabah oxunacaq dua şekilli

Ayetel kürsi

Hem yazı hem şekilli Ayetel kürsi duası

Nas suresi şekli

Felak suresi resmi

İxlas suresi

Her sabah oxunacaq dua

Her axşam oxunacaq dua

5 Mayıs 2017 Cuma

Agrili gulus

Sevgi ,dini, maraqlı, heyat,düşünce ,qısaca, her ,sey,

http://sonamemmedli58.blogspot.com/

Bezdim

Bezdim yaşamaqdan
Kederle yaşamaqdan.
Üzüme gülümseyen
Bu vefasız heyatdan.

Salıb ayrılıq yene
Keder veribdir mene
Ayırıb doğmalarımdan
Tenhalıq verdi mene.

Heyatın oyunu

Gah ağladıb,
Gah güldürdün.
Derd içinde saxlayıb,
Sevincimi öldürdün.

Qüsse,keder vermisen
Üreyimi üzmüsen.
Göz yaşımı axıdıb,
Sebincimi almısan.

Derdin nedir menimle,
Sevincimle,şenimle.
Od içinde yandırıb
Oynayırsan menimle.

7 Mart 2017 Salı

Düşündüm doğurdan sevirsen meni?

Düşündüm doğurdan sevirsen meni?
Qelbinde saxlayıb tutursan meni.
Yanında başqasın görende senin
Anladım sevginde yalanmış senin.

6 Mart 2017 Pazartesi

Dua

Allah Ata Ana

Cetin dunya

Oglan qiz

Acdim ellerimi

Dogru dananlar

Sekil

Allah

Sevirem ey dilber

Yetim

Ata Ana

Allah

Seytan

Allaha penah

Allah evi

Kimin var?

Xoşbextlik Xosbextlik

Sevgi basima bela oldu

Omrun heder kecer

Ayriliq

Kimsesiz

Göz yaşlarım

Yaşayın mehriban

Sınaq dünyası